Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 10:46

'Sinəsi orden-medallı məmurlar'-Mətbuat icmalı


Nazirlər Kabinetinin iclası

Ölkənin ixrac imkanları, qiymət artımını doğuran səbəblər və məmurların tez-tez təltif edilməsi bu gün (30 avqust 2017-ci il) medianın aparıcı mövzularındandır...

QƏHRƏMAN MƏMURLAR...

Azadliq.info saytında «Bu qədər qəhrəman məmurumuz varsa…» sərlövhəli yazı oxumaq olar.

Müəllif ehtimal edir ki, məmurların təltif olunmasına görə, Azərbaycan dünyada birinci yerdədir. Çünki hökumət komandasının yarısı sinəsində orden-medal daşıyır:

«Ümumiyyətlə, «Şərəf», «Şöhrət» ordenləri Azərbaycanda ad günü hədiyyəsinə çevrilib. Hər həftə xəbər tuturuq ki, ölkə başçısı onlarla adama «Tərəqqi» medalı, onlarla adama hərbi rütbələr verib. Bugünlərdə isə ölkə başçısının sərəncamı ilə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olundu».

Müəllif hesab edir ki, əslində, bu qədər orden-medala layiq məmur varsa, Azərbaycanda inkişaf həqiqətən də «fontan» vurmalıdır. Yazıda xatırladılır ki, Natiq Əmirov həmin vəzifəyə bir il əvvəl təyin edilib:

«Görəsən, Natiq Əmirov hansı iqtisadi uğura imza atıb ki? Bizim bildiyimiz budur ki, ötən bir il ərzində dövlətin xarici borcu artıb, idxaldan asılılığımız çoxalıb, beynəlxalq agentliklərin reytinqində geriyə düşmüşük, büdcəmiz kiçilib, ölkəyə sərmayə qoyuluşu azalıb. Yəni, ötən müddət ərzində iqtisadi sahədə öyünəcəyimiz heç bir addım olmayıb. Əksinə, dövlətin milyardları mənasız yarışlara xərclənib, ya da iri məmurların oğurladıqları milyonlar üzə çıxıb».

Yazıda vurğulanır ki, bu qədər təltif olunmağa layiq məmur olsaydı, ölkədə korrupsiyanın, yaltaqlığın, saxtakarlığın kökü kəsilərdi:

«Ancaq Azərbaycanda sovetdənqalma ənənələr davam edir və bütün mükafatlar «hökumətə xidmətə görə» verilir».

Supermarket
Supermarket

QİYMƏT ARTIMINI DOĞURAN SƏBƏBLƏR...

«Novoye Vremya» qəzetində «Qiymət artımını necə dayandırmalı?» sualına cavab axtarılır.

Yazıda bildirilir ki, bəzi ekspertlər payıza yaxın qiymətlərin yenidən bahalaşacağını proqnozlaşdırırlar.

Müəllif vurğulayır ki, mövsümlə əlaqədar meyvələrdə qiymət enməsi olmayıb. Üstəlik, havalar isti keçsə də, ət ucuzlaşmayıb, əksinə, bahalaşıb:

«Şübhə yoxdur ki, Qurban bayramında ət 11-12 manat olacaq. Bizdə qaydadır, bayram ərəfəsi qiymət artımı ajiotajı yaşanır».

Yazıda daha sonra qiymət artımını doğuran səbəblərdən bəhs edilir.

Müəllif qiymət artımını doğuran səbəblərdən biri kimi inhisarı göstərir. Ancaq, eyni zamanda, vurğulayır ki, bu məsələdə benzinin qiymətinin bahalaşmasının da təsiri olub.

Yazıda xatırladılır ki, bu yaxınlarda Aİ-92 markalı benzinin qiyməti bahalaşarkən, Tarif Şurası və İqtisadiyyat Nazirliyi bunun qiymət artımına təsir göstərməyəcəyini bildirmişdilər:

«Ancaq belə olmadı, bir çox istehsalçılar məhsulun baha olmasına səbəb kimi məhz benzinin bahalaşmasını göstərirlər».

Yazıda vurğulanır ki, iqtisadi geriləmə və bank sektorundakı qeyri-sabitlik də qiymət artımına səbəb olur.

Müəllifin fikrincə, hökumətin inflyasiya ilə mübarizəsi səmərəsizdir, ona görə də illik inflyasiya 14 faiz həddinə yüksəlib:

«Bunun artacağı görünür. Əgər inflyasiyanı aşağı salmaq mümkün olmasa, onda qiymətlərin düşəcəyini gözləməyə dəyməz».

Yazıda bildirilir ki, öz növbəsində inflyasiya da əhalinin gəlirlərini «yeyir».

Daha sonra da müəllif hökumətə qiymət artımı ilə mübarizədə təkliflərini verir:

«Bunun üçün ilk növbədə istehlak bazarında inhisar diktəsinə son qoyulmalıdır. Müstəqil məhkəmə sistemi olmalıdır ki, bu da biznes-mühitə müsbət təsir göstərə bilər».

Müəllifə görə, iqtisadi artıma əngəl olan bütün maneələr aradan qaldırılmalıdır…

İxrac
İxrac

ARTAN İXRAC İMKANLARI

«Azərbaycan» qəzetində «Azərbaycanın ixrac imkanları artıb» sərlövhəli məqalə dərc edilib. Yazıda oxuyuruq:

«Ölkə iqtisadiyyatına yatırılan investisiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması cənab İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil edir».

Müəllif yazır ki, milli dövlət quruculuğu sahəsində mühüm uğurlar qazanan ölkə hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirərək demokratik inkişaf yolu qət edib. Azərbaycan beynəlxalq aləmdə tutduğu mövqeyə görə, regionun lider dövləti statusunu qoruyub saxlayıb.

Müəllif vurğulayır ki, bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yürüdən azsaylı dövlətlərdən biridir.

Yazıda prezident İ.Əliyevdən sitat da gətirilir:

«Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bu ilin altı ayının nəticələri bunu deməyə əsas verir. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox yüksəlib. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, əksinə artırmışıq. Görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində valyuta ehtiyatı 3 milyard dollar artıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG