Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 10:09

Dağlıq rayonlarda yağış gözlənir


Yağış

Avqustun 30-u Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Ancaq günün ilk yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Gecə 19-24, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG