Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 23:39

ABŞ-ın Texas ştatında daşqınların daha da artacağı gözlənir. Belə ki, Körfəz sahilinə leysan yağışlar yağmaqdadır.

Birləşmiş Ştatların dördüncü böyük şəhəri olan Hyustona rekord həcmdə – 75 santimetrlik yağıntı düşüb. «Harvey» avqustun 25-də dördüncü kateqoriyalı qasırğa sayılsa da, sonradan tropik qasırğaya çevrilib.

Azı üç nəfər həlak olub, on minlərlə adam evlərindən didərgin düşüb.

Rəsmilər durumun daha da pisləşəcəyindən ehtiyatlanır. Bu həftənin sonuna 61 santimetrədək yağıntı gözlənir.

Qubernator Greg Abbott 12 min nəfərlik Texas Milli Qvardiyasını axtarış və xilasetmə işlərinə cəlb edib.

Prezident Donald Trump-ın avqustun 29-da Texasa səfəri gözlənir.

Rəsmilərin proqnozlarına görə, 30 min nəfər sığınacaqlarda yerləşdiriləcək.

Hyustonun iki böyük aeroportu, əsas magistral yolları, dəmiryol xətləri, məktəblərin çoxu bağlanıb. Birləşmiş Ştatlarda böyük emal zavodlarının çoxu da əməliyyatları dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG