Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 16:55

Hərbi hissələrdə 'Açıq qapı' günü olacaq


Müdafiə Nazirliyi

Qurban bayramı münasibətilə hərbi hissələrdə «Açıq qapı» günü keçiriləcək.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

«Sentyabrın 2-də saat 11.00-da Qurban bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün «Açıq qapı» günü təşkil olunacaq», - nazirlik bildirir.

Xəbərə görə, ziyarətçilər, ictimaiyyət, KİV nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə keçiriləcək «Açıq qapı» günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Bu il Qurban bayramı sentyabrın 1-i və 2-nə təsadüf edir. Bu bayramda qurban kəsilən heyvanların ətindən imkansız ailələrə və yetimlərə paylamaq geniş ənənəyə çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG