Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:00

Minsk Qrupunda yeni amerikalı həmsədr təyin olundu


arxiv

ATƏT-in Minsk Qrupuna ABŞ-dan yeni həmsədr təyin olunub. Bu, Andrew Schoferdir.

Dövlət Departamentinin sözçüsü Heather Nauertin avqustun 28-də yaydığı bəyanatda deyilir ki, Schofer Vyanada Beynəlxalq Təşkilatlarda ABŞ missiyasında, Kiprdə, Küveytdə, Bəhreyndə, Rusiyada ABŞ səfirliklərində çalışıb.

Məlumatda həmçinin deyilir ki, ABŞ Minsk qrupu prosesinə sadiqdir və Qarabağ probleminin həllini tapmaqdatərəflərə yardım edir. ABŞ iyunun 19-da və iyulun 6-da verdiyi bəynatlarda deyildiyi kimi, problemin beynəlxalq qanuna uyğun həllinə tərəfdardır. Buna Helsinki Yekun Aktı, o cümlədən gücdən istifadə olunmaması, ərazi bütövlüyü və öz müqəddəratını həll etmə prinsipləri daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG