Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:57

Vəzifədən gedən prezident deyir ki, yerinə dostu gəlir


Almazbek Atambaev (sa]da) və Sooronbai Jeenbekov
Almazbek Atambaev (sa]da) və Sooronbai Jeenbekov

Qırğızıstan prezidenti Almazbek Atambaev deyib ki, “mən prezident vəzifəsindən gedəndən sonra , mənim dostum prezident ola bilər. Onu mən yetişdirmişəm və bu yaxınlarda baş nazir oldu. Mən ümid edirəm ki, o mənim işlərimi davam etdrəcəık və başa çatdırmağımı yekunlaşdırcaq.”

Avqustun 28-də Qırğızstanın Ozgon şəhərində yerli sakinlərlə görüşdə Atambaevin “dostum” adlandırdığı Sooronbai Jeenbekov hazırda baş nazirdir və oktyabrın 15-də prezident seçkilərində hakimiyyətdən əsas namizəddir.

Qırğızstan konstitusiyasına görə, prezident 6 illiyə seçilir və ikinci müddətə prezident seçilmək olmaz.

Müxalifətin fikrincə, prezidentlikdən gedən Atambaev öz adamlarını vəzifələrdə yerləşdirməklə hakimiyyətini saxlamaq istəyir.

Buna da bax: Mollalar spirtli içki satılan dükanları niyə gəzir?

Avqustun 16-da müxalifət lideri Omurbek Tekebaev rüşvət ittihamı ilə 8 il həbs cəzası aldı. Müxalifətin fikrincə, bu yolla nüfuzlu müxalifət liderini indiki və növbəti prezident seçkilərindən uzaq saxlamaq istəyirlər.

Oktyabrın 15-dəki prezident seçkilərində namiəzdlərin yekun siyahısı sentybarın 10-da elan olunacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG