Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:50

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirir ki, terrora hazırlıq planının qarşısını alıb.

Bununla bağlı bu qurumun bu gün, avqustun 28-i yaydığı məlumatda bildirilir.

Açıqlamaya görə, müəyyən edilib ki, terror təşkilatına qoşulan Azərbaycan vətəndaşı Yaşar Cavadov odlu silah və partlayıcı maddələr əldə edərək, dövlət təsisatına hücum aktı törətməyə hazırlaşır:

«Avqustun 27-də İsmayıllı şəhəri ərazisində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı Yaşar Cavadov silahlı müqavimət göstərib. Xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara ictimai yerdə odlu silahdan atəş açıb və cavab tədbiri olaraq öldürülüb».

Məlumatda iddia edilir ki, axtarışlar zamanı xaricdə fəaliyyət göstərən terror təşkilatının maliyyələşməsi prosesinə aid və iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

Açıqlamaya mərhum Yaşar Cavadovun yaxınları və ya vəkilindən hələ ki, hər hansı münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG