Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 23:40

Ağ evin rəsmi səhifəsində Mehman Əliyev istəyi


Mehman Əliyev

“Turan” İnformasiya Agentliyinin həbs edilən direktoru Mehman Əliyevin azadlığa buraxılmasından ötrüAğ Evin rəsmi səhifəsindəki "Biz xalqıq" (We the People) bölməsindəpetisiya ( petisiyahakimiyyət orqanlarına ünvanlanan kollektiv xahiş, müraciət və ya etiraz məktubu-AR) yerləşdirilib.

“Amerikanin səsi”nin xəbərinə görə, petisiya müəllifləri vurğulayırlar ki, Mehman Əliyevin yeganə "cinayəti" ölkənin sonuncu müstəqil media qurumuna rəhbərlik etməsidir. Bundan əlavə "Turan"ın keçmiş sovetlər məkanında yaradılmış ilk müstəqil informasiya agentiyi olduğuvurğulanır.

Petisiyadaqeyd edilir ki, bu həbs“Turan Agentliyini "ələ almaq"dan ötrüadrıcıl təzyiqlərinin fonunda baş verib.

Orada bildirilir ki, Mehman Əliyevi 7 ilə qədər həbs gözləyir.

Müəlliflər Ağ Evi məsələyə təcili müdaxilə etməyə çağırırlar.

Azərbaycan rəsmilərindən Mehman Əliyevəittihamların dayandırması və onun dərhal və qeyri-şərtsiz azadlığa buraxılması istənilir.

Petisiya sentyabrın 25-dək Ağ Evin səhifəsində imzalanmaya açıq olacaq.

Administrsasiyanın məsələyə münasibət bildirməsindən ötrü sənədi 100 min şəxsin imzalaması tələb olunur.

Xatırlatma

Avqustun 25-i məhkəmə qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev haqqında noyabrın 7-nə kimi həbs qəti imkan tədbiri seçilib. O, Kürdəxanıdakı istintaq təcridxanasına yerləşdirilib.

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Müdafiə tərəfi ittihamları qəbul etmir və onu siyasi sifariş sayır.

Vergilər Nazirliyi avqustun 8-də“Turan” Agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.

Üstəlik, agentliyin bütün bank hesabları dondurulub. “Turan” İnformasiya Agentliyinin kollektiv bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG