Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:31

Leyboristlər Britaniyanın Avropa Birliyi ilə vahid bazar və gömrük ittifaqında qalmasını istəyirlər


Theresa May

Böyük Britaniyanın “Leyboristlər” partiyası 2019-cu ilin martında “breksit”dən sonra ölkənin Avropa Birliyi ilə vahid bazar və gömrük ittifaqında qalmasını istəyir.

Leyboristlər bu məsələ ilə bağlı mövqelərini indiyədək belə açıq şəkildə bildirməmişdilər.

Leyboristlər partiyasının kölgə hökumətində “Breksit” məsələləri üzrə nazir Kir Stramer ”Guardian” qəzetindəki məqaləsində yeni ticarət razılaşmasına ehtiyac olmadığını yazır.

BBC-nin məlumatına görə, leyboristlər 2019-cu ildən sonra, köhnə qaydalar qüvvəyə minəndə bunun üçün keçid vaxtı müəyyən edilməsini təklif edirlər.

Starmerin məqaləsi Britaniyanın mühavizəkar hökuməti ilə Brüssel arasında danışıqların bərpasından bir gün əvvəl çıxıb.

Bundan əvvəl leyboristləri, bu məsələ ilə bağlı dəqiq mövqeləri olmamasına görə tənqid edirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG