Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 03:19

Ombudsmandan həbsxana rəhbərliyinə əsaslanan məktub


Elmira Süleymanova

Ombudsman Elmira Süleymanovanın həbsdəki gənc fəal Qiyas İbrahimovla rəftarın araşdırılmasından ötrü ədliyyə nazirlinin müavini, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciətinə cavab gəlib.

Bu haqda Ombudsmanın gənc fəalın vəkili Elçin Sadıqova ünvanladığı məktubda bildirilir. Vəkil məktub alması iləbağlı AzadlıqRadiosu-na məlumat verib.

Q.İbrahimovun vəkilləri onun 2 Saylı Cəzaçəkmə Müəssisəsində qeyri-insani rəftara məruz qaldığını iddia edirdilər.Onlar Ombudsman Elmira Süleymanovaya müraciət edərək gənc fəalla rəftarın araşdırılmasını istəmişdilər.

Ombudsman Aparatı 2 həftə əvvəl vəkilin müraciətinin araşdırılacağını bildirimişdi.

Vəkilin bildirdiyinə görə, Ombudsmanın Penitensiar Xidmətin təqdim etdiyi bilgilərə əsaslanan məktubunda vurğulanır ki, 2 Saylı Cəzaçəkmə Müəssisəsinə köçürülən Q.İbrahimov orda daxili nizam intizam qaydalarını pozub.

“Q.İbrahimov cəzaçəkmə müəssisəsinə qəbul olunarkən cinayət törətmədiyini, özünü məhkum hesab etmədiyinibildirib. O, üzərinə və şəxsi əşyalarına baxış keçirilməsi, saç qırxılması ilə bağlı müəssisə əməkdaşlarının qanunitələblərinə etiraz edib. Digər məhbusların diqqətini özünə cəlb etməklə daxili nizam-intizam qaydalarını kobudcasınapozub”, vəkiıə ünnvanlanan məktubda yazılır.

Məktubda bildirilir ki, Q.İbrahimovla profilaktik söhbət aparılıb. Ancaq o, həbsinin qanunsuz olmasın haqdafikirlərini təkrarlayıb, özünü məhkum saymadığını və buna görə rejim xarakterli tələblərin ona şamil edilməlimomadığını bildirib. Habelə, müəssisə rəhbərliyinin ünvanına xoşagəlməz ifadələr səsləndirib.

“Q.İbrahimov müəssisə daxili intizam qaydalarının pozulmasına görə, cəzalandırılıb. O, cərimə təcridxanasınaköçürülüb və töhmət elan edilmə növündə tənbeh tədbiri seçilib. 2 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi və əməkdaşları ona qarşı qanuna zidd əməllərə yol verməyiblər”, məktubda yazılır.

Bundan öncə Qiyas İbrahimovun anası Şura Əmiraslanova və vəkili Elçin Sadıqov bir neçə dəfə onun saxlandığı cəzaçəkmə müəssisəsində qeyri-insanı rəftara, işgəncəyə məruz qaldığını bəyan ediblər. Penitensiar Xidmət isədeyilənləri təkzib etmişdi.

XATIRLATMA

Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə 2016-cı ilin mayın 10-da saxlanıb. Daxili İşlərNazirliyi hər iki ictimai fəalsan və evlərindən 1 kiloqramdan çox narkotik vasitə olan heroin tapıldığını bildiri.

Gənclər isə məhkəmədə narkotik ittihamını qəbul etməyərək keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə “Qulbayramınız mübarək” şüarı yazıldığına görə, tutulduqlarını bildiriblər. Onlar deyiblər ki, tutularkən və ilkin ifadələrialınarkən işgəncələrə məruz qalıblar. Ancaq hüquq mühafizə orqanları işgəncə şikayətlərini qəbul etməyiblər.

Gənc fəallar 10 il azadlıqdan məhrum ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG