Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:10

“Bloomberg” Vladimir Putinin yeni “favoritini” açıqlayıb


Maxim Oreshkin

“Bloomberg” agentliyi Rusiya prezidenti Vladimir Putinin yeni “favoritini” açıqlayıb.

Onun 35 yaşlı iqtisadi inkişaf naziri Maxim Oreshkin olduğu bildirilir.

Agentlik 3 məmura istinadla yazır ki, Oreshkinin nazirlikdə islahatlar aparmaq üçün geniş səlahiyyətləri var.

Amma agentlik qeyd edir ki, nazirin öz rəhbərini islahatlara başlanmasının vacibliyinə inandırıb-inandırmayacağı hələlik bəlli deyil.

“Biz gələcəyin nazirliyini yaradırıq. Əsas tapşırıq-güclü insanları cəlb edib onlar üçün inkişaf mühiti yaratmaqdır”,Oreshkin deyib.

Putinin favoriti olub-olmamasına gəldikdə isə nazir bu suala cavab verməyib.

Rusiya prezidentinin mətbuat katibi Dimitry Peskov da “Bloomberg”in sorğusuna cavab verməyib.

Agentlik qeyd edir ki, əvvəlki nazirlər dövlətin biznesə təzyiqini azalda bilməyib.

Amma Oreshkin hazırda Strateji Araşdırmalar Mərkəzi-nin sədri Aleksey Kudrin və biznes-ombudsmanı Boris Titovla birlikdə Rusiyada islahatlarla bağlı 3-cü rəsmi layihə hazırlayır.

Bundan başqa agentliy yazır ki, Oreshkin Böyük 20-lər ölkəlkərinin Hamburqda keçirilən sammitində Rusiya tərəfdən əsas fiqur olub,”Rosstat”-I öz nəzarətinə götürüb və Dünya bankında maliyyə naziri Anton Siluanovu əvəz edib.

Oreshkin vəzifəsindən kənarlaşdırılan keçmiş iqtisadi inkişaf naziri Aleksei Ulyukaevi əvəz edir.

2016-cı ilin noyabrınadək maliyyə nazirinin müavini vəzifəsində işləyib.

Karyerasına “Bank Rossii” və “Rosbank”dan başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG