Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 13:00

Kadyrov İraqda azad edilən 5 dağıstanlı uşağın vətənə döndüklərini deyir


Ramzan Kadyrov

İraqda “İslam Dövləti” qrupunun əsirliyindən azad edilmiş 5 rusiyalı uşaq yaxın vaxtlarda vətənlərinə dönəcəklər.

Ekhokavkaza.com saytının avqustun 25-də verdiyi məlumata görə bunu Çeçenistan lideri Ramzan Kadyrov bildirib.

“Bu dəqiqələrdə təyyarə Bağdaddan Qroznıya qalxır. Mənim Yaxın Şərq və Şimali Afrika üzrə nümayəndəm, Federasiya Şurasının üzvü Ziyad Sabsabi bu azyaşlı uşaqları vətənlərinə qaytarır”, Kadyrov avqustun 25-də özünün “İnstaqram” səhifəsində yazır.

Onun sözlərinə görə, uşaqların hamısı Dağıstandandırlar.”Onların arasında 9 yaşlı Maryam Shaxabudinova da var. O yaralıdır. Mənim göstərişimlə onu həkimlər briqadası qarşılayacaq”, Kadyrov yazır.

Kadyrov-un sözlərinə görə, təyyarədə olan Fatima və Khadija Zaynukova bacılarının 5 və 3, Sultan Murad Alievlə Ali Magomedovun isə 3 yaşları var.

Kadyrov bundan əvvəl, İraq Kürdüstanında yaraqlıların əlində əsir olan 6 Rusiya və 6 Qazaxıstan vətəndaşının azad edilməsi, daha 6 Rusiya vətəndaşının yerlərinin isə bəlli olduğunu bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG