Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 01:33

Həcc yolçuluğu başladı


Azərbaycanlı zəvvarlar həcc ziyarətinə yollandılar.
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Azərbaycanlı zəvvarlar həcc ziyarətinə yollandılar. Arxiv. 2016

Bu gün, avqustun 24-ü Azərbaycandan Həcc ziyarətindən ötrü Səudiyyə Ərəbistanına gedən zəvvarların ilk dəstələri yola salınıb. Bu haqda Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

İlk zəvvar dəstəsi Bakı vaxtilə saat 06:10-da, ikincisi isə saat 07:30-da yola salınıb.

Digər zəvvar dəstələrinin avqustun 25-i və 26-da yola düşmələri gözlənilir.

Zəvvarların qayıdışı sentyabrın 12-nə planlaşdırılır.

Bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedir. Ziyarət ancaq təyyarə vasitəsilə mümkündür. İraq və Suriya ərazilərindəki silahlı münaqişələr üzündən Azərbaycandan avtobusla Həccə getmək dayandırılıb. Ziyarət zəvvarlara təqribən 3580 dollara başa gəlir.

2015-ci ildə Azərbaycanda iki devalvasiyadan sonra (manat dollara nisbətən iki dəfə dəyər itirib) manatla Həcc ziyarəti kəskin bahalaşıb. Son illər zəvvarların sayında bəlli azalma var. Hətta bu il Həccə Azərbaycandan əvvəlcə 600 zəvvarın gedəcəyi gözlənilirdi. Sonradan 300 nəfərin artdığı açıqlandı. Halbuki, ötən il kvota 1500 nəfərdən 1040 nəfərə endirilmişdi. 2015-ci ildə isə Azərbaycandan Həccə 2 min 400 zəvvar getmişdi. Əvvəlki illərdə bu rəqəm daha yüksək idi.

Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı bu il sentyabrın 1-i və 2-nə təsadüf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG