Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 13:21

Sergei Shoygu Suriyada vətəndaş müharibəsinin dayandırıldığını deyir


Vladimir Putin və r Sergei Shoigu

“Suriyada mötədil müxalifətin terrorçulardan ayrılması və zorakılığın yayılmaması ilə bağlı xüsusi zonalar yaradılması bu ölkədə vətəndaşı müharibəsinə son qoyub”.

“İnterfaks”ın məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergei Shoygu avqustun 23-də livanlı həmkarə Yagub al Sarrafla görüşdə deyib.

Görüş “Armiya-2017” beynəlxalq hərbi-texniki forum çərçivəsində keçirilib.

“Biz Suriyada mötədil müxalifətlə terrorçuları ayıra, zorakılığın yayılmaması ilə bağlı 4 zona yarada və faktiki vətəndaş müharibəsini dayandıra bildik”, Shoygu vurğulayıb.

Onun sözlərinə görə, bu həmçinin əsas qüvvələri ölkə daxilindəki müxalifət və hakimiyyət davasına yox, beynəlxalq terrorçuluq-“İslam dövləti” qrupu və onlara qoşulan digər təşkilatlarla mübarizəyə cəmləşdirmək imkanı verdi.

6 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çpx adam ölüb.

ABŞ və Avropa Birliyi ölkələri bu müharibədə Suriya prezidenti Bashar Assada qarşı mübarizə aparan müxalifətin, Rusiya ilə İran isə Suriya rejiminin tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG