Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:49

Rusiya ABŞ-ıni yeni sanksiyalarına cavab hazırlayır


Sergei Ryabkov

Rusiya ABŞ-ın yeni sanksiyalarına qarşı cavab hazırlayır.

“Rossiyskaya qazeta”-nın avqustun 23 -də verdiyi məlumata görə, Rusiyanın xarici işlər nazirliyi hazırda bu məsələ üzərində işləyir.

Xarici işlər nazirinin müavini Sergei Ryabkov bildirib ki, Vaşinqtonun Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyi heç inandırıcı görünmür və iki ölkə arasındakı münasibətlərin pozulması davam edir.

Amma Ryabkov qeyd edib ki, Moskva hələ də münasibətlərin dialoq yolu ilə düzəlməsinin mümkünlüyünə sadiqdir.

O, ABŞ-ı sanksiyalar siyasətindən dönməyə çağırıb.

Qeyd edək ki, ABŞ avqustun 22-də Şimali Koreya və onun raket və nüvə proqramlarına yardım etdiklərinə görə Çin və Rusiyanın şirkət və fiziki şəxslərinə qarşı yeni iqtisadi sanksiyalar qoyduğunu elan edib.

Yeni sanksiyalar 6 Çin və1 Rusiya şirkətini, habelə dörd rusiyalını hədəfləyir.

ABŞ-ın Maliyyə Nazirliyi onu da bildirib ki, bu şirkətlər Şimali Koreyanın silah proqramlarına kömək etməkdən başqa, həm də Pxenyanın “işçi qüvvəsi ixrac etməsinə və sanksiyalı Şimali Koreya vahidlərinin ABŞ və beynəlxalq maliyyə sistemlərinə girişinə imkan yaradıblar”.

Sanksiyalar adıçəkilən şirkət və fərdlərin bütün maliyyə aktivlərinin dondurulması və amerikalılara bu şirkətlərlə hər hansı birgə fəaliyəti qadağan edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG