Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 09:11

2017/2018-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrində ayrılmış plan yerləri 8004 nəfər olub.

Bu məlumatı Dövlət İmtahan Mərkəzi yayıb.

«Müsabiqənin nəticələrinə görə, 7806 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul edilib. Qəbul planı ümumilikdə 97.51 faiz yerinə yetirilib. Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə plan yerləri 100 faiz dolub və boş yer qalmayıb», - məlumatda yazılır.

Yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 199 yer (2.49 faiz) boş qalıb. Tələbə qəbulu aparılan 54 orta ixtisas təhsili müəssisəsinin 42-də qəbul planı 100 faiz yerinə yetirilib.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 22‑dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtinası kimi qiymətləndiriləcək və qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Bu il ali məktəblərdə də 15 faiz yer boş qalmışdı. Həmin yerlər təkrar ixtisas seçimindən sonra dolduruldu.

Ali məktəblərdə 42 min 669 yer uğrunda imtahanlarda 42 min 804 abituriyent iştirak edib. Onlardan 36 min 428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunublar. Qalan boş yerlərə təkrar ixtisas seçimi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG