Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 02:23

Poroshenko Krım üzrə yeni daimi nümayəndə təyin edib


Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko ilhaq edilmiş Krım üzrə yeni daimi nümayəndə təyin edib.

Azadlıq Radiosu Rusiya xidmətinin avqustun 18-də yaydığı məlumata görə, Boris Babin Krım üzrə səlahiyyətli nümayəndə təyin edilib.

Onun müavini İzet Gdanov isə Krım tatarlarının hüquqlarının müdafiəsi ilə məşğul olacaq.

Ukraynanın Krım üzrə keçmiş daimi nümayəndəsi Natalie Popovich fəalların tənqidlərindən sonra vəzifəsindən kənarlaşdırılıb.

Prezident Petro Poroshenko-nun sözlərinə görə Babinin beynəlxalq hüquq sahəsində böyük təcrübəsi var.

O. bundan əvvəl ədliyyə nazirliyində işləyib, Avropa insan haqları məhkəməsi ilə əməkdaşlıq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG