Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:26

AP: Saakashvili Ukraynaya qayıtmağa hazırlaşır


Mikheil Saakashvili

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa regionunun keçmiş qubernatoru Mikheil Saakashvili Polşadadır və Ukraynaya qayıtmağa hazırlaşır.

Bu haqda «The Associated Press» agentliyi avqustun 17-də məlumat yayıb.

Bu yaxınlarda Ukrayna vətəndaşlığı alınmış Saakashvili agentliyə müsahibəsində təsdiqləyib ki, sentyabrın 10-da Polşadan Ukraynaya keçməyə çalışacaq, vətəndaşlığını geri almaq uğrunda mübarizə aparacaq.

«İstədiyim ancaq odur ki, məhkəməyə gedib hüquqlarımı müdafiə edə bilim», – o deyib.

Ukrayna rəsmilərinin sözlərinə görə, ölkəyə girməyə çalışsa, onu saxlayıb pasportunu alacaqlar.

49 yaşlı Saakashvili 2003-cü ildə Qızılgül inqilabı nəticəsində Gürcüstanda hakimiyyətə gəlib və iki dönəm prezident olub.

Ancaq populyarlığı getdikcə azalıb. 2015-ci ildə Ukrayna prezidenti Petro Poroshenko ona Ukrayna vətəndaşlığı verəndən sonra Gürcüstan vətəndaşlığı alınıb.

Ötən il Odessa qubernatorluğundan istefa verəndən sonda Poroshenko ilə də münasibətləri pisləşib. Ötən ay ölkədə olmayanda vətəndaşlığı alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG