Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 09:23

Navalny-nın fondu Peskovun oğlu ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb


Dmitry Peskov

Rusiyalı müxalifət fəalı Aleksei Navalny-nın “Korrupsiya ilə mübarizə fondu” avqustun 17-də Kremlin sözçüsü Dimitry Peskovun oğluna məxsus olduğu bildirilən mülklə bağlı araşdırmanın nəticələrini açıqlayıb.

Arşadırmaçılar Peskovun birinci nigahdan olan oğlu Nikolay Coulza məxsus olduğu iddia edilən Tesla, Range Rover, Ferrarivə digər markalı avtomobillərin fotolarını toplayıb.

Bu fotoların Nikolayın İnstaqram səhifəsindən götürüldüyü bildirilir.

Nikolay Coulz bir neçə ilə əvvəl Böyük Britaniyadan Rusiyaya dönüb.

Araşdırmaya görə Coulzun Moskvanın mərkəzində təxminən 30 milyon rublluq mənzili və şəxsi təyyarələri var.

“Korrupsiya ilə mübarizə fondu” onun heç yanda işləmədiyini vurğulayır.

Həmçinin araşdırmada Britaniyanın ədliyyə nazirliyinə istinadla bildirilir ki, Nikolay Coulz bundan əvvəl Britaniyada olarkən yeniyetmə və bir qıza hücum da da iştirak edib və 2009-cu ildə mühakimə olunaraq 1 ilə yaxın həbsdə olub.

Məlumata görə, Rusiyanın özündə də öz dogma nənəsinə hücum etdiyinə görə, Coulza qarşı cinayət işi qaldırılıb, amma sonda iş bağlanıb.

Bundan başqa onun aliment vermədiyi və 100 dəfədən də çox yol hərəkəti qaydalarını pozduğu bildirilir.

Aleksei Navalny-nın fondu dəfələrlə Dimitry Peskovun özünü də korrupsiyada ittiham edib.

Amma Peskov ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG