Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 21:37

Səudiyyə Ərəbistanı avqustun 16-da bildirib ki, Qətərlə sərhədi açacaq və əmirlikdən Həcc ziyarətinə getmək istəyənləri buraxacaq.

Səudiyyə Qətərlə sərhədi iyunda bağlayıb, bundan sonra digər ərəb ölkələri də Dohanın ekstremist qrupları dəstəklədiyini bildirərək onunla əlaqələri kəsib. O vaxtdan ilk dəfədir ki, ikitərəfli münasibətlərdə yumşalma müşahidə olunur.

«Saudi Press» agentliyinin məlumatına görə, Salva keçid məntəqəsi ziyarətə getmək istəyən Qətər vətəndaşları üçün açıq olacaq, onlardan sərhədi keçməyə elektron icazə istənilməyəcək.

Bəyanatda o da qeyd olunur ki, zəvvarları Səudiyyənin iki aeroportunda qarşılayacaqlar.

Bu açıqlama Səudiyyənin vəliəhd şahzadəsi Mohammed Bin Salman və Qətər şeyxi Abdullah bin Ali bin Abdullah bin Jassim al-Thani-nin görüşündən sonra verilib.

Həcc ziyarəti sentyabrın əvvəlində baş tutacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG