Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 23:34

Obamanın tviti rekord vurdu


Barack Obama

Keçmiş ABŞ prezidenti Barack Obamanın ABŞ-ın Şarlotsvill şəhərindəki hərc-mərclikdən sonra tvitterdə yazdıqları rekord vurub.

O, tvitində Cənubi Afrikanın ilk qaradərili prezidentiNelson Mandelladan belə bir sitat gətirir: “

Heç kim rəngi və dərisinə, əsli və dininə görə digərinə qarşı nifrətlə doğulmur.İnsanlar nifrəti öyrənməlidirlər. Və əgər onlar nifrəti öyrənə bilirlərsə, onda onlara sevgini də öyrətmək olar. Çünki sevgi insan ürəyi üçün nifrətdən daha doğmadır”,Obama Nelson Mandelladan sitat gətirir.

Obamanın bu tviti 1.2 milyon dəfə paylaşılıb, 2.9 milyon dəfə isə bəyənilib.

Qeyd edək ki, avqustun 11-dən ABŞ-ın Şarlotsvill şəhərində qatısağçı təşkilatların tərəfdarları və əleyhdarları arasında bir neçə gün davam edən toqquşmalar zamanı 1 nəfər ölüb, 34 nəfərsə yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG