Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:22

Kasparov 12 illik fasilədən sonra heç-heçə oynadı


Garry Kasparov və Sergei Karyakin

Tanınmış şahmatçı Garry Kasparov 12 illik fasilədən sonra ilk oyununu keçirib.

O, ABŞ-ın Sent-Luise şəhərində keşirilən “Grand Chess Tour” yarışında sürətli şahmat üzrə yarışda rusiyalı Sergei Karyagin-lə heç-heçə oynayıb.

Görüş 44-cü gedişdə bitib.

Casparov oyundan əvvəl bildirib ki, idmana qayıtmaq fikrində deyil, sadəcə Sent-Luse-dəki bu turnirə qatılmaq istəyir.

Əldə edəcəyi gəliri isə o, xeyriyyə məqsədlərinə sərf etmək fikrindədir.

54 yaşlı Kasparov Bakıda doğulub. 13-cü dünya çempionudur.

2005-ci ildə şahmatdan gedib və Rusiya prezidenti Vladimir Putin-ə müxalif «Fərqli Rusiya» siyasi hərəkatını yaradıb.

2012-ci ildə Rusiya müxalifəti Koordinasiya şurasına seçilib.

Amma sonradan Rusiyadan gedib, 2013-cü ildə deyib ki, heç vaxt bu ölkəyə qayıtmayacaq. 2014-cü ildə Xorvatiya vətəndaşlığını qəbul edən Kasparov vaxtının çoxunu Nyu-Yorkda keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG