Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 01:14

Burkina Fasonun paytaxtı Uaqaduquda şübhəli terror hücumunda azı 17 nəfər öldürülüb, səkkiz nəfər yaralanıb. Bu haqda hökumət avqustun 14-də məlumat yayıb.

Hücumun avqustun 13-də gecə baş verdiyi, qurbanların milliyyətinin hələ müəyyənləşdirilmədiyi bildirilir. Rəsmilər ölü sayının artacağını istisna etmir.

«Uaqaduqunun Kwame Nkrumah prospektindəki «Aziz Istanbul» restoranına terror hücumunda 17 nəfər həlak olub», – hökumətin bəyanatında vurğulanır.

Şahidlərin sözlərinə görə, üç silahlı pikapda türk restoranına gəlib, müştərilərə atəş açıb.

Dünyanın ən yoxsul ölkələrindən olan Burkina Faso şimalda Mali ilə həmsərhəddir. Mali uzun illərdir islamçı ekstremistlərlə mübarizə aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG