Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:23

ABŞ təyyarəsini vurmağa hazırlaşmaqda şübhəli bilinən Rusiya vətəndaşı saxlandı


Foto arxiv
Foto arxiv

Türkiyədə ABŞ təyyarəsinə hücuma hazırlaşmaqda şübhəli bilinən Rusiya vətəndaşı həbs edilib.

Bu barədə “Hebrturk” və “Hurriyet” də daxil olmaqla Türkiyənin kütləvi informasiya vasitələri xəbər verir.

Məlumata görə o pilotsuz aparatla İncirlik bazasında ABŞ-ın bombardmançı təyyarələrindən birini vurmağa hazılaşırmış.

Mətbuatın yazdığına görə,Renat Bakiev adlı həmin şəxs “İslam dövləti” təşkilatının tərəfdarıdır.

Rusiyanın Türkiyədəki səfirliyi məsələnin araşdırıldığını bildirir.

Məlumata görə o, Adana şəhərində saxlanıb, 13 günədək sorğu-sual edilib.

Bakiev regiondakı Ələvi icmasına hücumun planlaşdırılmasında da şübhəli bilinir.

“Hberturk”ün məlumatına görə Bakiev əvvəllər Suriyaya keçmək istəyərkən Türkiyədən deportasiya edilib.

Məlumata görə, o, türk, ərəb və ingilis dillərində sərbəst danışır.

İncirlik bazası Türkiyənin cənubunda yerləşir. Türkiyə NATO_nun üzvüdür.

Bu bazadan ABŞ və onun rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyanın Suriya və İraqda əməliyyat keçirən hərbi təyyarələri istifadə edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG