Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 09:25

N.Sharif seçicilərin təhqir olunmasından danışır


Nawaz Sharif tərəfdarları arasında

Pakistanın vəzifədən qovulmuş keçmiş baş naziri Nawaz Sharif avqustun 9-da Ravalpindidə yürüşdə çıxış edib. O, Ali Məhkəmənin ötən ay onu vəzifədən kənarlaşdırmaqla bağlı qərarını «seçicilərin təhqir olunması» adlandırıb. Ali Məhkəmə qərarını baş nazirin sərvətini açıqlamaması ilə izah edirdi.

Sharif ilk dəfədir məhkəmənin qərarından danışır. Bundan öncə Sharif İslamabaddan partiyasının Lahordakı qərargahına nümayişkaranə şəkildə gedib, bununla məhkəmənin qərarının onun nüfuzuna təsir göstərmədiyini göstərib.

«Üçüncü müddəti tamamlamağa mənə imkan vermədilər. Pakistanda heç bir baş nazirə indiyədək vəzifə müddətini tamamlamağa imkan verilməyib. Bu zarafat 70 ildir təkrarlanır və Pakistan artıq buna dözə bilməz. Bu, seçicilərə təhqirdir», – Sharif deyib.

O, tərəfdarlarını hüququn aliliyi uğrunda mübarizəyə çağırıb. Sharif deyib ki, Pakistanda heç bir baş nazirin vəzifə müddətini tamamlaya bilməməyinin səbəbiylə bağlı debata hazırdır.

Pakistan 70 ilin yarıdan çoxunu ordu generalları tərəfindən idarə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG