Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:02

Prezident: "prokurorlar başa bəla olub"


Şavkat Mirziyayev (sağda) Səmərqnddə tarmvayda
Şavkat Mirziyayev (sağda) Səmərqnddə tarmvayda

Özbəkistan prezidenti Şavkat Mirziyayev prokurorlara görünməmiş hücuma keçib. Avqustun 2-də Daşkənddə fəallarla görüşdə prezident deyib ki, oğrunun birincisi elə prokurorlardır.

Şavkat Mirziyayev: “Mənim şəxsən prokurorlardan zəhləm gedir. Bağışlayın ki, belə açıq danışıram”

Şavkat Mirziyayev: “Oğrunun birincisi prokurorların özləridir. Hələ üstəlik o biriləri də oğurluğa çağırırlar. Onların evlərinə, maşınlarına baxın. Bu pulu hardan alıblar? Atom reaktoru ixtira ediblər? Bəziləri heç adlarını yaza bilmir. Tanışlıq hesabına prokuror olublar. İndi hamıya yuxardan aşağı baxırlar”.

Şavkat Mirziyayev 2016-cı ilin dekabrında prezident olub. Bundan əvvəl 12 il baş nazir işləyib.

Şavkat Mirziyayev : "“Biz yeni baş prokuror qoyduq. Baş Prokurorluqdan 80 faizini işdən çıxartdıq. Köhnə baş prokurordan qalan zibilin, oğru sisteminin 15-20 faizi hələ qalır.”

Prezident prokurorları "oğrunun birincisi" adlandırdı
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Şavkat Mirziyayev: “Biz istənilən halda islahatı keçirəcəyik. Prokurorlar ya təmiz işləyəcək ya da biz prokurorluğu tamam ləğv edəcəyik. Prokurorlar başa bəla olub. Ya təmiz işləyəcəklər ya da gedəcəklər."

Azadlıq radiosunun özbək xidmətinin məlumatına görə, yerli müşahidəçilər prezidentin kəskin çıxışına ehtiyatla yanaşırlar. Onların fikrincə, prezident, ola bilsin, əvvəlki prezident İslam Karimovun adamların yaxa qurtarır və öz hakimiyyətini möhkəmlədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG