Ukraynanın xarici işlər naziri Pavlo Klimkin almaniyalı siyasətçi Cristian Lindnerin Krımla bağlı dediklərini tənqid edib.
“Azad Demokrat” partiyasının lideri Lindner avqustun 5-də bildirib ki, Krım məsələsini müəyyən vaxt kənara qoymaq vəRusiyaya ilə münasibətləri inkişaf etdirmək lazımdır.
Klimkin “Bild” qəzetinə müsahibəsində deyib ki, qərb siyasətçilərinin bu cür ifadəsi insan haqlarının pozulmasına haqq qazandırır.
O qeyd edib ki, Rusiyaya qarşı sanksiyaları nəin ki, saxlamaq, gücləndirmək lazımdır.
Lindner həmçinin qeyd edib ki,əgər Donbasda müvəqqəti uğur qazanılsa Moskvaya qarşı sanksiyaları yavaş-yavaş aradan qadırmaq olar.
Qeyd edək ki, Beynəlxalq aləm Krımın Rusiya tərəfindən ilhaqını tanımır.
Qərb 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq edib.
Kiyev və Qərb Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə ittiham edir.
Moskva bunu inkar edir.