Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 05:27

Şimali Koreya avqustun 9-da bildirib ki, ABŞ-ın Sakit okeandakı Quam adasına raket zərbəsini «diqqətlə nəzərdən keçirir». Bu bəyanatdan bir neçə saat öncə ABŞ prezidenti Donald Trump Pxenyana xəbərdarlıq edib ki, hər hansı hədə «atəş və hiddət»lə qarşılanacaq.

Şimali Koreya məqsədinin Birləşmiş Ştatları vurmağa qadir nüvə başlıqlı raket hazırlamaq olduğunu deyir və nüvə proqramını dayandırmağı hədəfləyən beynəlxalq sanksiyaları rədd edir.

Lider Kim Jong Un qərar verərsə, Quam adasına doğru orta-uzaq mənzilli strateji ballistik raket istənilən an buraxıla bilər, bunu Koreya Xalq Ordusunun sözçüsü deyib.

Quam Birləşmiş Ştatların Asiya-Sakit okean regionunda hərbi missiyalar başlatması üçün vacib postdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG