Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 09:52

Milyarder Roman Abramoviçlə həyat yoldaşı Dasha Jukova ayrılmaq qərarına gəliblər.

“İzvestiya” qəzetinin yazdığına görə, bunu birgə bəyanatla çütlüyün özü açıqlayıb.

“10 illik birgə həyatdan sönra ayrılmaq barədə çətin qərar qəbul etdik. Amma iki gözəl övladın valideyinləri və birgə başlayıb inkişaf etdirdiyimiz layihə tərəfdaşları kimi yaxın dost olaraq qalacağıq”deyə bəyanatda bildirilir.

Abramoviçin həyat yoldaşı Dasha müxtəlif qalareyalar təşkil edir.

O, həyat yoldaşı ilə birlikdə Sankt-Peterburqun Yeni Hollandiya adasındakı mədəniyyət mərkəzi və Moskvadakı “Qaraj” müasir mədəniyyət muzeyini yaradıb.

Roman Abramoviçlə Dasha Jukova 2005-ci ildə İspaniyanın “Barselona” klubunun oyununda tanış olublar.

Abramoviç Rusiyanın ən varlı adamları sırasında 12-ci,dünyada isə 139-cu yerdə qərarlaşır.

Forbes-in məlumatına görə, onun 9,2 milyard dolları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG