Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:35

Ana bətnində qətl edilən 'ana'lar


Hamilə qadın

Qeyri-neft sektorunun inkişafı, gender balansının pozulması və bəzi iş adamlarının bağ evlərini kirayəyə çıxarması bu gün (7 avqust 2017-ci il) medianın aparıcı mövzularındandır...

ABORTDA TƏLƏF EDİLƏN QIZ UŞAQLARI...

«Exo» qəzetində «Azərbaycanda selektiv çağa qətlləri haqqında» sərlövhəli məqalə dərc edilib.

Yazıda hələ ana bətnində ikən bəzi qız uşaqlarının tələf edilməsindən bəhs edilir.

Müəllif statistikaya istinadən bildirir ki, Azərbaycanda hələlik qadınlar kişilərə nisbətən az da olsa, çoxdurlar. Ancaq nəsil artımında əks proses gedir:

«Selektiv abortlar bundan sonra da geniş davam edəcəksə, artıq əlamətləri görünən gender disbalansı qaçılmaz olacaq. Bu yaxınlara qədər Azərbaycanda qadınlar 51 faiz təşkil edirdi, indi isə bu rəqəm 50.5 faizə qədər azalıb».

Yazıda bildirilir ki, hazırda oğlan uşaqları daha çox doğulur. Yaxın 10 ildə ölkədə kişilərin sayı qadınlardan çox olacaq:

«Azərbaycanda doğum evlərinin əməkdaşları bildirirlər ki, əsasən oğlan uşaqları doğulur. Bu proses daha da sürətlənməkdədir».

Yazıda sosioloqlar qız uşaqlarının ana bətnində tələf edilməsi ilə mübarizədə müəyyən mülahizələr yürüdürlər. Belə üsullardan biri kimi dölün cinsini müəyyən etməklə bağlı UZİ prosedurlarına son qoyulması təklif edilir.

Amma müəllif yazır ki, qadağa olan yerdə qanunsuz əməllər aktivləşir. Rüşvət meydan sulayır.

Sosioloqlara görə, bu məsələdə ən təsirli vasitə əhalinin maarifləndirilməsi ola bilər:

«Qeyri-rəsmi statistikaya görə, Azərbaycanda qadınlar beş dəfədən çox aborta müraciət edirlər. Bunun səbəblərindən biri də dölün cinsi ilə bağlıdır. Belə biabırçı münasibət təkcə çağanın deyil, bütünlükdə ananın sağlamlığına təhlükədir. Bu onu göstərir ki, insanlar hələ sağlamlıq məsələsində belə, maariflənməyiblər».

Müəllif hesab edir ki, bu günlərdə Azərbaycanın rayonlarından birində birhəftəlik qız uşağını nənəsinin öldürməsi ilə bağlı açıqlamalar vəziyyətin ağırlığından xəbər verir.

Azərbaycanda hotellərin qiyməti nə qədər cəlbedicidir?
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

MÜFLİSLƏŞƏN İŞ ADAMLARI BAĞ EVLƏRİNİ KİRAYƏ VERİR

«Yeni Müsavat» qəzetində «Müflisləşmiş iş adamı Bakıdakı bağ evlərini kirayə bazarına çıxarıb» sərlövhəli məqalə oxumaq olar. Yazıda daşınmaz əmlak bazarında bağ evlərinin icarə qiymətləri mütəxəssislərlə müzakirə edilir.

Müəllif yazır ki, yayın qurtarmasına az qalsa da, kirayə verilən bağ evləri bazarında qiymətlər hələ də yüksəkdir. Dənizə yaxın ərazilərdə aylıq kirayə haqqı 2 min manatdan başlayır.

Ekspertlər bildirirlər ki, Mərdəkan, Bilgəh, Pirşağı və Novxanıda ucuz bağ evi tapmaq həddən artıq çətindir:

«Novxanıda dənizə yaxın ərazidə daimi isti-soyuq suyu, hamamı, interneti, soyuducu sistemi olan üçotaqlı bağ evlərinin qiyməti 2 min manatdır. Həyətində hovuzu, meyvə ağacları olan ikimərtəbəli bağ evlərinin qiyməti 2 min 500 manatdan başlayır. Bəzən bağ seçənlər dənizə deyil, hovuza üstünlük verir».

Ekspertlərin bildirdiklərinə görə, Mərdəkanda ayı 6-10 min manata kirayə təklif edilən villalar da var. Dənizin lap yaxınlığında, Rusiyada yaşayan işadamına məxsus villada «kiçik cənnət» qurulduğu bildirilir.

Ekspertlərin həmçinin deməsinə görə, Bakı kəndlərində elə villalar var ki, sahibləri müflisləşdikdən sonra onları kirayəyə çıxarıblar. Aylıq kirayə haqqı 4 min 500 manatdır.

«Avqust yay mövsümünün sonu olduğu üçün bahalaşma olur. Bağlarda istirahət edənlər bilirlər, ona görə də, apreldən axtarışa çıxırlar. Tam təmirli, şəraiti olan bağ evi axtaranlar Azərbaycanda işləyən əcnəbilər və ya imkanlı ailələrdir», - deyə ekspertlər vurğulayırlar.

Ekspertlər deyiblər ki, ötən illərə nisbətən bu il yerli əhalidən kirayə bağ evi axtaranların sayında azalma var. Bu da maddi çətinliklərlə bağlıdır...

Azərbaycan xaricə neftdən başqa nə sata bilər?
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI...

«Azərbaycan» qəzetində baramaçılığa və fındıqçılığa xüsusi diqqətdən bəhs edən məqalə yer alıb.

Müəllif bildirir ki, son illər ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına xüsusi qayğı göstərilir. Bu sahədə dinamik artım ölkənin ümumi inkişafına təkan verir:

«Qeyri-neft sektorunda coğrafiyasına və əhalinin məşğulluq səviyyəsinə görə ən böyük sahə kənd təsərrüfatıdır. Dünyada baş verən proseslərə nəzər yetirdikdə görürük ki, bu sahənin inkişafı həm də strateji əhəmiyyətə malikdir».

Müəllif hesab edir ki, bu sektorun strateji əhəmiyyət kəsb etməsi son dövrlər dünyada ərzaq çatışmazlığının kəskin xarakter alması ilə bağlıdır.

BMT-nin son hesablamalarına istinad edən müəllif bildirir ki, hazırda dünyada 850 milyon insan aclıq çəkir. Yazıda vurğulanır ki, Azərbaycanda da kənd təsərrüfatının inkişafı önəmlidir:

«Məqsəd birincisi, ölkənin ərzaq təhlükəsizliyini, ikincisi, idxal imkanlarından istifadəni, üçüncüsü isə bölgələrdə əhalinin məşğulluğunu təmin etməkdir».

Müəllif avqustun 4-də Qax rayonunda keçirilən respublika müşavirəsini xatırladır.

Yazıda təxmin edilir ki, tezliklə Azərbaycan ipəyinin şöhrəti bərpa ediləcək. Bu yöndə Şəki ipək müəssisəsi və Mingəçevir Texnologiyalar Parkının xüsusi rol oynayacağı vurğulanır.

Yazıda bildirilir ki, fındıqçılıq da aqrar sektorda ən çox gəlir gətirən sahələrdən biridir. 2016-cı ildə fındıq ixracından 105 milyon dollar vəsait əldə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG