Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 23:16

Əfqan rəsmiləri Kabildə xarici səfirliklərin və hökumət binalarının yerləşdiyi ərazidə təhlükəsizliyi gücləndirir. Səbəb son günlər yüzlərlə adamın ölümünə səbəb olmuş hücumların baş verməsidir.

Kabil polisinin rəhbəri Salem Ehsaas avqustun 6-da «Reuters» agentliyinə deyib ki, şəhərin mərkəzindəki təhlükəsizlik planının prioriteti diplomatik ərazidir.

«Ən böyük təhlükə bu ərazidədir, ona görə də təhlükəsizliyi daha yaxşı təmin etməliyik», – o söyləyib.

BMT-nin rəqəmlərinə görə, bu ilin birinci yarısında Kabildəki intiharçı və digər hücumlarda 209 dinc sakin öldürülüb, 777 nəfər yaralanıb. Hücumlara görə daha çox «Taliban» günahlandırılır.

Diplomatik zonadakı 42 yol üzərində 27 daimi nəzarət məntəqəsi quraşdırılacaq. Onları mobil partlayıcı skanerləri, xüsusi itlər və təhlükəsizlik kameraları dəstəkləyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG