Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 05:23

Prezident Zaqataladan da Qaxa gedib


İlham Əliyev Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin açılışında.

Prezident İlham Əliyev bu gün, avqustun 3-də Qax rayonuna gedib.

AzərTAC xəbər verir ki, ölkə başçısı rayondakı Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib.

Sözügedən yol ölkə başçısının 2016-cı ildə imzaladığı sərəncama əsasən salınıb.

Açılış mərasimində yeni salınmış avtomobil yolunun 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirməsi haqda məlumat verilib.

Buna da bax:​ Zaqatala meşələrinə kimlər girişib? [fotolar]

Ölkə başçısı daha sonra rayonun Lələpaşa kəndində olub. O, kənd sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatına baş çəkib.

Təsərrüfatla tanış olan prezidentə rayon rəhbərliyi məlumat verib ki, təkcə Tasmalı inzibati ərazi dairəsində 800 hektara yaxın sahədə fındıq bağları salınıb. Lələpaşa kəndində isə 150 hektar sahədə fındıq yetişdirilir.

Xatırlatma

Prezident İlham Əliyev avqustun 3-ü Qax rayonundan öncə Balakən və Zaqatala rayonlarında da olub.

Buna da bax: Prezident Balakəndən Zaqatalaya gedib

O, Balakən Su Elektrik Stansiyasının, Bayraq Muzeyinin, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala yolunun və «ABAD Mərkəz»in açılışında iştirak etmişdi.

Habelə, dövlət başçısı Zaqatalada 110/35/10 kwt-lıq “Bəhmətli” elektrik yarımstansiyasının açılışına qatılıb və, “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsinin, “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG