Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 06:14

Los-Anceles olimpiya oyunlarına ev sahibliyi etmək istəyir


1984-cü il olimpiya oyunları Los-Ancelesdə keçirilib.

Los-Anceles şəhəri 2028-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə namizədliyini verəcək. Bunu iyulun 31-də Beynəlxalq Olimpiya Komitəsi elan edib. 2024-cü il oyunları isə Parisdə keçirilə bilər.

Komitə ABŞ və Fransa şəhərləri arasında ev sahibliyi ilə bağlı razılıq əldə olunmasına çalışırdı. Bu şəhərlər yay oyunlarının maliyyə yükünü götürmək istəyən və buna qadir azsaylı məkanlardandır.

Komitə bildirib ki, 2028-ci il oyunlarının xərclərini qarşılamağa Los-Ancelesə 1.8 milyard dollar ayıracaq.

1932 və 1984-cü il olimpiya oyunları da Los-Ancelesdə keçirilib.

Paris isə daha öncə 1900 və 1924-cü illərdə oyunlara ev sahibliyi edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG