Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:58

Pence ABŞ-ın Gürcüstana dəstəyini bildirib


Vitse-prezident Mike Pence və baş nazir Giorgi Kvirikashvili
Vitse-prezident Mike Pence və baş nazir Giorgi Kvirikashvili

ABŞ-ın vitse-prezidenti Mike Pence iyulun 31-də axşam Tbilisidə rəsmi nahar zamanı Gürcüstan liderinə prezident Donald Trump-ın dəstək mesajını çatdırıb.

Pence deyib ki, Birləşmiş Ştatlar Gürcüstanın yanındadır. O, Gürcüstanı əsrlər boyu azadlıq uğrunda savaşdığına görə alqışlayıb.

Pence deyib ki, Amerika Gürcüstanın çiçəklənərək güclü ölkəyə çevriləcəyinə ümid bəsləyir.

Pence-i Tbilisidə minlərlə adam qarşılayıb. O, avqustun 1-də baş nazir Giorgi Kvirikashvili, prezident Giorgi Margvelashvili, Patriarx Ilia II, eləcə də Gürcüstan müxalifətinin təmsilçiləriylə görüşəcək.

GÜCLÜ MESAJ

Pence Gürcüstanda keçirilən NATO hərbi təlimlərinə də qatılacaq. «Layiqli Tərəfdaş 2017» adlı təlimlərdə 800 Gürcüstan, 1600 ABŞ hərbçisi iştirak edir.

Vitse-prezidenti Tbilisi aeroportunda qarşılayan Kvirikashvili deyib ki, bu səfər ikitərəfli münasibətlərdə vacib hədəfdir:

«Biz iki ölkə arasında təhlükəsizlik, iqtisadi və ticarət əməkdaşlığını daha da gücləndirməyə çalışırıq».

Gürcüstanda NATO təlimləri başlanıb
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Gürcüstan hökumətinin yaydığı bəyanata görə, Kvirikashvili deyib ki, «vitse-prezidentin səfəri Gürcüstan və Birləşmiş Ştatlar arasında münasibətlərin davamlı gücü barədə güclü mesaj göndərir».

Pence Gürcüstan paytaxtına Estoniyadan gəlib. O, Tallində Vaşinqtonun Baltik ölkələri ilə həmrəyliyini bir daha vurğulayıb, qonşu Rusiyanı «beynəlxalq sərhədləri yenidən cızmaq», «demokratiyaları sarsıtmaq» cəhdində ittiham edib.

Estoniya, Latviya və Litva NATO üzvləridir, sovet dövründə isə Moskvanın idarəçiliyi altında olublar. Hər üç ölkə, həmçinin Gürcüstan, Pence-nin baş çəkəcəyi Monteneqro da Rusiyanın niyyətlərindən narahatlıqlarını dilə gətiriblər.

ADRİATİK XARTİYASI SAMMİTİ KEÇİRİLƏCƏK

Rəsmilərin sözlərinə görə, Pence Gürcüstanda ABŞ-ın bu Qafqaz ölkəsinin suverenliyi və ərazi bütövlüyünə dəstəyini önə çəkəcək.

Gürcüstan NATO üzvlüyünə ümid edir.

Kreml 2008-ci ildə Gürcüstanla beşgünlük müharibədən sonra ondan ayrılmış Abxaziya və Cənubi Osetiya regionlarını tanıyıb. Rusiya hər iki regionda minlərlə hərbçi saxlayır.

Pence NATO-nun ən yeni üzvü Monteneqroya da səfər edəcək. Rusiya bu ölkənin alyansa üzvlüyünə qarşı çıxırdı.

Avqustun 2-də Pence Monteneqronun paytaxtı Podqoritsada Adriatik Xartiyası Sammitinə qatılacaq.

Sammitdə Albaniya, Bosniya-Herseqovina, Xorvatiya, Kosovo, Makedoniya, Serbiya və Sloveniya liderləri də iştirak edəcək.

XS
SM
MD
LG