Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 08:41

ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putin-in Birləşmiş Ştatların diplomatik heyətinin ixtisarıyla bağlı tələbini pisləyib. Putin bəyan edib ki, Birləşmiş Ştatlar Rusiyadakı diplomatik heyətini 755 nəfər ixtisar etməlidir. Departament bu tələbi «təəssüf doğuran və tələb olunmamış» adlandırıb. Qurum bildirib ki, Vaşinqton mümkün cavabı nəzərdən keçirir.

«Belə bir məhdudiyyətin təsirini, buna necə cavab verəcəyimizi dəyərləndiririk», – Departament iyulun 30-da yaydığı bəyanatda deyib.

Putin bu tələbi Rusiyaya qarşı yeni sanksiyalar layihəsi ABŞ Konqresində qəbul olunandan sonra səsləndirib. Layihə imzalanmaq üçün prezident Donald Trump-a göndərilib.

Rusiya Ukraynanın Krım vilayətini qanunsuz ilhaq edəndən sonra Vaşinqtonla Moskvanın münasibətlərində gərginlik yaranıb. Rusiyaya bir sıra sanksiyalar qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG