Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:07

Trump transgenderlərə orduda xidməti qadağan etdi


ABŞ ordusunda xidmət edən Bradley Manning sonralar adını dəyişib Chelsea Manning oldu
ABŞ ordusunda xidmət edən Bradley Manning sonralar adını dəyişib Chelsea Manning oldu

ABŞ prezidenti Donald Trump transgender olan şəxslərə orduda xidməti qadağan edib. O, bu qərarı barədə Twitterdə yazıb.

Trumpın izahına görə, transgenderlərin tibbi xidmətinə böyük pullar xərclənir və onlar orduya sabitsizlik gətirir.

Rand Corporation təşkilatının hesabatına görə, ABŞ ordusunun 1 milyon 300 min şəxsi heyəti arasında 1320-dən 6630-a qədər transgender var.

Human Rights Watch təşkilatının hesabatına görə isə, orduda transgenderlərin sayı 15 mindir.

Trumpın bu qərarı transgenderlərin hüquqları məsləsini yenidən gündəmə gətirib.

Kaiforniya Universitetinin məlumatına görə, ABŞ-da yaşlı əhalinin 0,6 faizi və ya 1,4 milyon adam transgenderdir.

Trasgenderlər arasında işsizlik ölkə üzrə orta səviyyədən 2 dəfə yuxarıdır.

Helena Vukovic, Serbiya ordusunun ilk transgender zabiti
Helena Vukovic, Serbiya ordusunun ilk transgender zabiti

ABŞ-ın Milli LGBTQ təşkilatının hesabatına görə, ölkə üzrə sorğuda 26 faiz deyib ki, transgender olduqlarına görə, iş yerini itiriblər.

2015-ci ilin yanvarında ilk dəfə olaraq ABŞ prezidenti ölkənin vəziyyəti haqda çıxışında transgenderlərin hüquqlarına toxunmuşdu. Obama demişdi ki, ABŞ “...lesbiyanları, geyləri, biseksualları və transgenderləri müdafiə edəcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG