Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:40

ABŞ müsəlmanlarının əksəriyyəti prezidentdən "qeyri-dost" münasibət görür


ABŞ-da Trumpın müsəlmanlara qoyduğu səyahət qadağasına etiraz edirlər
ABŞ-da Trumpın müsəlmanlara qoyduğu səyahət qadağasına etiraz edirlər

ABŞ müsəlmanlarının böyük əksəriyyəti hesab edir ki, prezident Donald Trumpın onlara qarşı münasibəti“qeyri-dost” münasibətidir.

Ancaq rəyi soruşulan müsəlmanların yarısı onu da deyib ki, digər amerikalılardan özlərinə qarşı dost münasibət, dəstəkgörürlər.

Pew Araşdırma Mərkəzi bu ilin yanvarından mayına kimi ABŞ-da yaşayan 1001 müsəlman arasında sorğu keçirib. Sorğu ingilis, ərəb, fars və urdu dillərində aparılıb.

Sorğuda iştirak edənlərin 74 faizi Trumpın müsəlmanlara münasibətini “qeyri-dost” hesab edir.

12 faiz isə əksinə, bu münasibəti “dost münasibəti” kimi qiymətləndirib.

Buna da bax: Uzaq qohumlar da ABŞ-a buraxılmayacaq

2011-ci ildə belə sorğuda iştirak edən müsəlmanların 64 faizi o vaxtki prezident Barack Obamanın onlara münasibətini “dost münasibəti” hesab edirdi.“Qeyri-dost münasibətini” isə rəyi soruşulanların cəmi 5 faizi görürdü.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG