Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 12:30

Rusiyada Polşaya sanksiyalar tələbi


Rusiya Federasiya Şurası

Rusiya parlamentinin yuxarı palatası Rusiya prezidenti Vladimir Putin-dən xahiş edib ki, Polşaya sanksiyalar hazırlasın. Səbəb Polşanın sovet abidələrini uçurmaq planlarıdır. Xəbəri iyulun 25-də Rusiya dövlət mediası yayıb.

Ancaq Kreml Polşaya qarşı hər hansı addımlarla bağlı qərar verilmədiyini bildirib.

Bu yaxınlarda Varşavada qəbul edilmiş qanunvericilik hökumətə 500-dək sovet abidəsini dağıtmaq səlahiyyəti verib. Onlar totalitar rejimin qalıqları hesab olunub.

Polşa rəsmiləri deyirlər ki, Sovet İttifaqı İkinci Dünya müharibəsindən sonra 40 il ərzində işğalçı dövlət olub və həmin erada ucaldılmış yüzlərlə abidəni dağıtmaq istəyirlər.

Ötən həftə Rusiya Xarici İşlər Nazirliyi bu plana etirazını bildirib, sovet abidələrinin Rusiyayla Polşa arasında irs razılaşmalarını pozacağını vurğulayıb.

Nazirlik onu da bildirib ki, Polşanı nasistlərin azad etmək uğrunda 600 mindən çox sovet əsgəri həlak olub.

Polşanın səfiri Wlodzimierz Marciniak iyulun 25-də Moskvada jurnalistlərə deyib ki, sovet əsgərlərinin qəbirləri yerləşən ərazilərə toxunulmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG