İyulun 26-sı Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı bildirilir. Şimal-qərb küləyinin əsməyə davam edəcəyi gözlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən yayılan məlumata görə, yarımadada gecə 21-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənilmir. Ancaq şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti təxmin edilir.