Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:35

Futbol eksperti: 'Qarabağ'a asan olmayacaq


«Qarabağ»-«İnter». Foto arxiv
«Qarabağ»-«İnter». Foto arxiv

Bu gün, iyulun 25-i Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Azərbaycan çempionu «Qarabağ» Moldovanın «Şerif» klubunu qəbul edir.

Buna qədər Azərbaycan çempionu II təsnifat mərhələsində Gürcüstanın «Samtredia» klubunu yarışdan kənarlaşdırıb. Rəqibin Bakıda qapısından 5, səfərdə isə 1 cavabsız top keçirib.

Futbol eksperti Rəşad Qasımov deyir ki, bu oyun isə «Qarabağ»a heç də asan olmayacaq:

«Bu mərhələdən çıxmaq çətindir. Amma inanmaq istəyirik ki, bunu adlaya biləcəyik. «Şerif» klubunun heyətində 7 ölkədən legionerlər var. İtalyan futbol mütəxəssisləri onları oyunlara hazırlayır...».

Amma R.Qasımov hesab edir ki, bu oyun evdə olduğundan «Qarabağ»ın üstünlüyü ilə başa çatmalıdır. Əks halda, bu mərhələni adlamaq xeyli çətinləşər. Cavab görüşü bir həftə sonra Moldovada gerçəkləşəcək.

Ekspert xatırladır ki, «Qarabağ» bu mərhələni adlasa, Çempionlar Liqasının «play-off» mərhələsinə çıxmaqla tarixi zəfər əldə edə bilər.

«Şerif» isə bundan əvvəlki oyunda Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya təmsilçisi «Kukesi» klubunu yarışdan kənarlaşdırıb.

Qurban Qurbanov
Qurban Qurbanov

Qurban Qurbanov: «Bu, ən ağır oyunlarımızdan biri olacaq»

«Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov da bu oyunun çətin olacağını düşünür:

«Çox çətin oyun olacaq. Demək olar ki, ən vacib oyunlarımızdan birinə çıxacağıq. Rəqibi analiz etmişik, çalışmışıq ki, zəif cəhətlərini futbolçularımıza göstərə bilək. «Şerif»in bir neçə oyun stili var və bunu meydanda göstərməyə çalışırlar. Rəqibin həmlələrinin qarşısını almağa çalışacağıq...».

Q.Qurbanov vurğulayıb ki, onlara inanan hər kəsə təşəkkür edir:

«Bizi favorit qismində görməyənlər də var. Amma biz buna öyrəşmişik və həmişə olduğu kimi, rəqibə ciddi yanaşırıq. Biz nə qədər çox istəyiriksə, rəqib də o qədər qələbə arzusundadır. Rəqibin heyətində 7 yeni futbolçu var və onların hər biri təcrübəli oyunçulardır. Düşünürəm ki, bu bizim ən ağır oyunlarımızdan biri olacaq».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG