Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:34

Vucic: 'Serbiya Kosovoyla problemləri birlikdə həll etməlidir'


Aleksandar Vucic

Serbiya prezidenti Aleksandar Vucic deyir ki, ölkəsi keçmiş əyaləti olan Kosovoyla fikir ayrılıqlarını həll etməli, bütün regiona fayda verəcək «daimi» həll tapmalıdır.

Vucic «Blic» qəzetində dərc olunmuş məqalədə yazır ki, «birlikdə cavab tapmağımız indi həmişəkindən daha vacibdir. Bu cavab daimi olmalı, münaqişə bir variant kimi çıxdaş olunmalı, regionda hər kəs bundan faydalanmalıdır».

Kosovo 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edib və Belqradı çıxmaqla, 114 ölkə tərəfindən tanınıb. Əhalisinin əksəriyyətini etnik albanlar təşkil edən Kosovonu Qərb dəstəkləyir.

Serbiya Rusiyanın ənənəvi müttəfiqidir, ancaq Vucic Moskvayla Avropa Birliyi və Birləşmiş Ştatlar arasındakı münasibətləri balanslaşdırmağa çalışır.

Kosovo və Serbiya Avropa Birliyinə qoşulmağa ümidlidir, birliyin sponsorluğuyla əlaqələrinin normallaşdırılması üzrə danışıqlara razılaşıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG