Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 10:18

Rusiyanın energetika naziri neft hasilatçılarını hasilatın azaldılmasıyla bağlı razılaşmaya əməl olunmasında daha böyük intizam göstərməyə çağırıb.

«Bu razılaşmaya yüksək səviyyədə əməl olunmasına baxmayaraq, bütün ölkələri öhdəliklərini 100 faiz yerinə yetirməyə çağırırıq», – Aleksandr Novak iyulun 24-də Sankt-Peterburqda OPEC və qeyri-OPEC ölkələrinin iclasında deyib.

OPEC üzvü olmayan Rusiya, Qazaxıstan və Azərbaycan da 2015-ci ilin noyabrında əldə edilən razılaşmaya qoşulub. Qlobal istehsalın azaldılmasında məqsəd neftin qiymətlərini dirçəltmək idi.

İlk vaxtlar razılaşmanın nəticəsi oldu, ancaq Birləşmiş Ştatlar və razılaşmaya qoşulmamış digər ölkələrdə hasilatın yüksəkliyi sarıdan narahatlıq neftin barrelinin qiymətini 50 dollardan aşağı salıb.

OPEC üzvləri olan Liviya və Nigeriya hasilatın azaldılmasından azaddırlar, səbəb ölkələrindəki siyasi və iqtisadi sabitsizlikdir.

Nigeriya gündəlik hasilatı 1.7 milyon barreldən 1.8 milyon barrelə çatan kimi razılaşmaya qoşulmağa söz verib. Ancaq Liviyada gündəlik hasilatın yaxın gələcəkdə 1 milyon barreli keçəcəyi gözlənilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG