Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:51

Rabitə müəssisələrinin nədən eyni auditoru var?


arxiv
arxiv

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) «Aztelekom» Məhdud Məsuliyyətli Cəmiyyəti ötən ilin maliyyə hesabatının auditinin aparılmasını «Pricewaterhousecupers Audit Azərbaycan» şirkətinə həvalə edib. Müsabiqə komissiyasında AzadlıqRadiosu-na deyiblər ki, tərəflər arasında müqavilə imzalanıb və bu haqda məlumat İqtisadiyyat Nazirliyinə təqdim ediləcək.

Komissiyanın nümayəndəsi Amid Ulubəyov bildirir ki, fevral-mart aylarında keçirilən tender iştirakçı sayının azlığından baş tutmayıb. Daha sonra kotirovka sorğusu keçirmək qərara alını: «Müsabiqədə «Best Audit» MMC və «Moore Stephens Azərbaycan» MMC də iştirak edib. Üstünlük PWC-yə verilib. Müqavilənin qiyməti 48 min 380 manatdır. Auditin keçirilməsinə isə 3 ay vaxt verilib».

Nazirliyin bütün kommersiya qurumlarının eyni kənar auditoru var

Maraqlıdır ki, «Pricewaterhousecupers Audit Azərbaycan» MMC 2016-cı ildən bəri NRYTN-in bütün kommersiya qurumlarının kənar auditoru seçilib. Şirkət bu il Dövlət Radiotezliklər İdarəsi (DRİ) ilə 33 min 40 manat, Məlumat Hesablama Mərkəzi ilə 30 min 680 manat, «Azərkosmos» ASC ilə 41 min 300 manat məbləğində müqavilə bağlayıb.

Ötən il nazirliyə tabe olan «Azərpoçt» MMC-də (46min 20 manat), «Yüksək Texnologiyalar Parkı» MMC-də (9 min 440 manat) maliyyə auditinin keçirilməsi PWC-yə tapşırılıb. «AzİnTelecom» MMC ötən il, biri beynəlxalq standartlara uyğun olmaqla, PWC ilə toplam məbləği 61 min 830 manat olan iki audit müqaviləsi bağlayıb. Bu müqavilələrdən birinin qiyməti bugünlərdə «Aztelekom» MMC ilə bağlanan müqavilənin eynidir – 48 min 380 manat.

Mənbə: İqtisadiyyat Nazirliyinin tender.gov.az saytı

Audit şirkəti “böyük dördlüyə” daxildir?

NRYTN ilə sıx əlaqələrinin səbəbinə aydınlıq gətirən «Pricewaterhousecupers Audit Azərbaycan» MMC-nin Marketinq və kommunikasiya məsləhətçisi Zümrüd Məmmədova AzadlıqRadiosu-na deyib ki, bu, «böyük dördlüyə» daxil olan audit şirkətinin beynəlxalq nüfuzundan irəli gəlir: «Şirkətimiz təkcə adını çəkdiyiniz nazirliklə deyil, digər dövlət və özəl qurumlara da xidmət göstərir. Görünür, nazirliyin qurumları satınalmalar prosesində seçim edərkən, bu amili nəzərə alırlar».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG