Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 13:51

Ekoloji qanunlara əməl olunması araşdırılıb


Bakı, arxiv

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının 1-dən 15-ə kimi ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını monitorinq edib. Araşdırmaları qurumun Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları aparıblar.

Nazirliyin mətbuat xidməti xəbər verir ki, 15 gün ərzində atmosfer havasının, su, torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi sahəsində yol verilmiş qanun pozuntuları araşdırılıb. Müəyyən edilən pozuntular üzrə 116 akt və protokolun tərtib olunduğu bildirilir.

Ümumilikdə 32 iş üzrə 19 min 550 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə isə 6 iş üzrə 1470,7 manat məbləğində iddia qaldırılıb.

Ətraf mühitə tullantıların atılmasına, axıdılmasına görə hüquqi və fiziki şəxslərə193 iş üzrə 27 min 631,35 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsindan ötrü hüquq mühafizə orqanlarına 13, icra qurumlarına 16, məhkəmələrə isə 1 iş göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG