Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:58

Əfqan Muxtarlının xanımı: “Neçə məmurun kənarlaşdırılması önəmli deyil”


Leyla Mustafayeva həyat yoldaşı yoxa çıxandan sonra onun pasportunu nümayiş etdirir. 31 may 2017, Tbilisi
Leyla Mustafayeva həyat yoldaşı yoxa çıxandan sonra onun pasportunu nümayiş etdirir. 31 may 2017, Tbilisi

“Polis demək olar ki, işin ədalətli araşdırılmasından ötrüvacib olan bütün faktları məhv edib. Bundan sonra Əfqan Muxtarlının işini araşdırmağıprokurorluğa veriblər ”.

Həbsdəki azərbaycanlı jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva Gürcüstanın Dövlət Sərhəd Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəhbərlərinin vəzifələrindən müvəqqəti uzaqlaşdırılması ilə bağlı açıqlamasında belə deyib.

O, araşdırmadan narazı olduqlarını vurğulayıb.

“Bizdən ötrü neçə məmurun vəzifəsindən kənarlaşdırılması önəmli deyil. İstintaq üçün heç bir şey etmirlər, reallıq budur ki, ortada heç bir yenilik yoxdur. Mən əminəm ki, hər şeyin necə baş verdiyini çox yaxşı bilirlər, vacib olan sübutları əllərində saxlayırlar, ancaq açıqlamırlar ”, L.Mustafayeva bildirib.

O, əlavə edib ki, artıq, ona və Ə.Muxtarlının vəkillərinə cinayət işinin prokurorluqda araşdırılmasına başlanması haqda bilgi verib.

İyulun 20-də Gürcüstanın Dövlət Sərhəd Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəhbərlərinin Ə.Muxtarlı işinə görə vəzifələrindən müvəqqəti uzaqlaşdırılmasını Gürcüstanın media təşkilatları isə birmənalı qarşılanmayıb.

Əfqan Muxtarlıya görə gürcü rəislər işdən çıxarıldı
Gözlə

No media source currently available

0:00 0:14:35 0:00

"Parlament istintaq qrupu yaradılmalıdır"

Gürcüstan Jurnalistika Etikası Xartiyası təşkilatı bəyan edib ki, reallıq bu işdə heç bir irəliləyişin olmamasından ibarətdir.

Media təmsilçiləri, məsələ ilə bağlı ortaya çıxan suallara cavab verilmədiyin söyləyirlər . Parlamentdə istintaq komisiyasının yaradılmasını istəyirlər .

“Əfqan Muxtarlının Tbilisidən Bakıya aparılması, bunu heç kimin görməməsi sualına aydın cavab verilməsi bizim üçün ən önəmlidir”, deyə təşkilatın icraçı direktoru Nata Dzvelishvili bildirib.

Bu gündaxili işlər naziri George Mgebrishvili Gürcüstanda Dövlət Sərhəd Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəhbərlərinin azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı vəzifələrindən müvəqqəti kənarlaşdırıldığını açıqlayıb:

«İctimaiyyətdə istintaqın obyektivliyi ilə bağlı hər hansı tərəddüd olmamalıdır. Ona görə də Təhlükəsizlik nazirliyi ilə birgə belə qərara gəldik ki, sərhəd xidmətinə və əks-kəşfiyyata cavabdeh olan şəxsləri istintaq gedən müddətdə işdən uzaqlaşdıraq. Biz əməkdaşlarımızın bu işdə iştirakının olmadığına əminik, amma istintaq hər hansı versiyanı istisna edə bilməz. İstənilən halda müəmmalı şəkildə sərhəd qaydaları pozulub, ona görə də belə bir qərar qəbul olundu. Həmin məmurların müvəqqəti uzaqlaşdırılması bu işdə əsassız yozumlara yol açılmaması üçün çox mühüm addımdır».

Bundan əlavə jurnalistin Azərbaycana aparılması ilə bağlı Gürcüstanda açılmış cinayət işi polisdən alınaraq prokurorluğa verilib.

Xatrlatma

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG