Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:31

Sığorta şirkətinin yeni səhmdarı kimdir?


arxiv
arxiv

«Qala Həyat Sığorta» ASC-nin səhmdarı - «AzRe Təkrarsığorta» ASC Azərbaycanın yeganə təkrarsığorta şirkətidir

«Qala Həyat Sığorta» ASC-nin yarımillik hesabatında sığorta şirkətinə yeni səhmdarın gəldiyi bildirilir. Təhlillərə görə, yeni səhmdarın meydana çıxması hələ ötən ilin oktyabrından planlaşdırılmışdı.

Hesabata əsasən, səhmdar Nizami Mahmudov 8,89 faiz həcmində 400 ədəd səhmini «Quna» MMC-yə satıb. Alqı-satqı müqaviləsinə və tərəflərin mənfəətlə işləyən bir şirkətin səhmlərini hansı qiymətə razılaşdığına dair hesabatda məlumat verilmir.

Yeni səhmdar – «Quna» MMC digər səhmdar «AzRe Təkrarsığorta» ASC ilə eyni ünvanda («Bridge Plaza» iş mərkəzi) yerləşir. Şirkət ötən il oktyabrın 19-da 1 milyon 144 min manat kapitalla qurulub. Maraqlıdır ki, onun «Qala Həyat Sığorta» ASC-də əldə etdiyi səhmlərin də nominal qiyməti elə bir o qədərdir - nə bir manat az, nə də bir manat çox.

"Vergilər” qəzeti, 18 yanvar 2017-ci il

​«Quna» MMC-yə Nadir Asamudinoviç Qurbanov rəhbərlik edir. Bu şəxs 2016-cı ilin iyununda «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunub. Bu ilin martında isə o, «Siyəzən-Broyler» ASC-nin Müşahidə Şurasına seçilib.

«Qala Həyat Sığorta» ASC-nin səhmdarı - «AzRe Təkrarsığorta» ASC Azərbaycanın yeganə təkrarsığorta şirkətidir. Yüz milyon manatdan çox aktivləri olan şirkətin səhmdarları adları açıqlanmayan 6 fiziki şəxsdir. Bu şirkət 2015-ci ildə «Qala Sığorta» ASC səhmlərinin 100 faizini də satın alıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG