Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:58

Bu məzənnədən kimlər qazanır?


arxiv
arxiv

Manatın məzənnəsindən zərərə də düşən var, qazanan da.

Şirkətlərin açıqlanan maliyyə hesabatlarından görünür ki, manatın məzənnə dəyişikliyi şirkətlərə eyni dərəcədə təsir etməyib

Şirkətlərin maliyyə hesabatlarının ictimaiyyətə açıqlanması davam edir. Hesabatlardan görünür ki, manatın məzənnəsinin dollara nisbətdə dəyişməsi şirkətlərə eyni dərəcədə təsir etməyib. Prosesdən qazananlar da var, zərər çəkənlər də.

Qazanır, dividend də ödəyir

1994-cü ildə yaradılan, Gürcüstanda birgə müəssisə quran Azərbaycanın ən iri İKT qurumlarından biri olan «BestComp Group» şirkətinin ötən il gəlirləri 27,6 faiz artıb və 42 milyon manatı keçib. Nəticədə şirkət 5 milyon 160 min manat xalis mənfəət götürüb. Bunun 1 milyon 763 min manatı valyuta məzənnəsinin dəyişməsindən əldə edilib. Bakıda kompüter satışı üzrə 7 mağazasına sahib olan şirkət son 2 ildə təsisçisinə 9,6 milyon manat dividend qazandırıb.

Qrupun digər maliyyə göstəriciləri də müsbətdir. 2015-2016-cı illərdə 2 milyon manatdan çox mənfəət vergisi ödəyən «BestComp Group»un dövlət büdcəsinə və sosial müdafiə fonduna 2,1 milyon manat artıq ödəməsi də var.

İlbəil artan zərər

«Baku Electronics» MMC Azərbaycanda 1994-cü ildən bəri məişət malları satır. 17 mağazadan ibarət geniş şəbəkəsi olan şirkət ötən il satış həcmini (50,4 milyon manat) 4 dəfə artıra bilib. Bunun sayəsində mənfəət yarım milyondan (2015-ci il) təxminən 2 milyon manata çatıb. Di gəl, idxal mallarının satışı ilə məşğul olan şirkət valyuta məzənnəsində baş verən dəyişikliklərə görə itkilərə uğrayır. 2016-cı ildə manatın dollara nisbətən ucuzlaşmasından «Baku Electronics» MMC 4 milyon 37 min manat zərərə düşüb. Elə daha bir il öncə də şirkət bu səbəbdən 4 milyon 249 min manat itirmişdi. Bu ilin əvvəlinə şirkətin ödənilməmiş zərəri 6,8 milyon manat idi.

Dollar gətirənin «üzü ağdır»

Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda birləşdirilmiş maliyyə hesabatlarını ictimaiyyətə açıqlamalı olan 500-dək şirkət var. «Mühasibat uçotu haqqında» qanuna əsasən, onlar bu hesabatı həm mediada, həm də korporativ internet səhifələrində açıqlamalıdır. Heç də bütün şirkətlər bu tələbə əməl etmir. Az-çox dərc olunan maliyyə hesabatlarının təhlili göstərir ki, mal və xidmətlərin ixracı ilə məşğul bir çox şirkət qazandığı valyuta hesabına maliyyə göstəricilərini yaxşılaşdırır. Amma bəzi ticarət şirkətlərinə manatın ucuzlaşması «düşməyib».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG