Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:35

Vahid Məhərrəmlı: “Bahalanma gözlənilir”


arxiv

“Yaxın zamanlarda kənd təsərrüfatı məhsullarının, ərzaq mallarının qiymətlərində ciddi bahalaşma gözlənilir ”.

İqtisadçı Vahid Məhərrəmlı belə hesab edir. Onun fikrincə, Tarif Şurasının benzinin qiymətini qaldırmasından sonra bahalaşmadan qaçmaq imkansızdır.

İqtisadçı Tarif Şurasının qiymətini artırdığı Aİ-92 markalı benzindən kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunmadığını qeyd edərək,bu sahədəqiymətin dəyişməyəcəyini deyənlərlə də razılaşmır.

“Onların dediyindən belə çıxır ki, fermer ona lazım olan istehsal vasitələrini, toxumu, “Aqrolizinq”dən əldə etdiyi gübrəni, əldə etdiyi məhsulu bazara dizellə işləyən maşınlarla daşıyır. Bunlar bilmir ki, məhsulun bazarlara daşınmasında da əsasən minik maşınlarından, “QAZEL” tipli yüngül yük maşınlarından istifadə olunur? Bu texnikalar da benzinlə işləyir”, ekspert deyir.

Vahid Məhərrəmli
Vahid Məhərrəmli

V.Məhərrəmli Azərbaycan şəraitində kənd təsərrüfatında əsasən benzinlə işləyən texnikadan istifadə olunduğunu vurğulayır.

“Bu səbəbdən benzinin 28,5 faiz bahalaşması kənd təsərrüfatı məhsullarının istehsal xərcini artırır. Ona görə də yaxın zamanlarda kənd təsərrüfatı məhsullarının, ərzaq mallarının qiymətlərində ciddi bahalaşma gözlənilir”, V.Məhərrəmli bildirib.

Buna da bax: "Bu bahalanma SOCAR-ın durumunu düzəltməyəcək"

Xatırlatma

İyulun 14-də axşam saatlarında Tarif Şurası benzinin qiymətinin artırılması haqda qərar elan edib. Bu qərarla bir litr Aİ 92 benzinin qiyməti 70 qəpikdən 90 qəpiyə qaldırılıb.

Tarif Şurası bu addımı ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi istəyi ilə izah edib.

Qərarda həmçinin, vurğulanır ki, neft emalı sənayesində yenidənqurma işlərinin həyata keçirilməsinin zəruriliyi, ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Şura eyni zamanda, benzinin qiymətinin artırılmasının kənd təsərrüfatı məhsullarının bahalaşmasına gətirib çıxarmayacağını bəyan edib. Qurum bu rəyini kənd təsərrüfatında Aİ 92 benzindən istifadə edilməməsi ilə izah edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG