Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 21:55

Hesablama Palatası Sosial Müdafiə Fondunun şöbəsində nöqsanlar tapdı


arxiv

Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsində nöqsanlar aşkarladığını bildirir. Palatanın bu qurumun auditinin nəticələri üzrə hesabatında belə yazılır.

Hesablama Palatasının məlumatında bildirilir ki, audit 2016-cı ili əhatə edib. Araşdırma zamanı pensiya təyinatı və ödənişlər ilə bağlı pozuntular aşkarlandığı iddia olunur.

Hesabata görə, müəyyən edilib ki, pensiyadan ötrü müraciət edən şəxslərin iş stajları, əmək qabiliyyətsiz ailə üzvlərinə pensiya təyin olunub-olunmaması barədə ətraflı araşdırılma aparılmayıb. Yaşa görə əmək pensiyası təyinatı zamanı güzəştli iş stajı tam dəqiqləşdirilməyib, zəruri sənədlər təqdim olunmayıb.

Audit nəticəsində sosial müavinətlərin, təqaüdlərin təyin edilməsi və ödənilməsində də nöqsanlara yol verildiyi bildirilir.

Hesabatda vurğulanır ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi prosesində də nöqsanlar olub.

Hesablama Palatası bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Şəki, Lənkəran şəhərləri, Suraxanı və Ağcabədi rayon şöbələrində də nöqsanların olması barədə məlumat yaymışdı. Palata aprel ayında sözügedən şöbələrdə məcburi dövlət sosial sığorta haqları üzrə proqnozlaşdırmanın əsaslı aparılmadığını açıqlamışdı. Palatanın həmin məlumatında qeyd edilirdi ki, pensiya və müavinətlər üzrə müraciətlərin qəbul edilməsi, hesablanması, ödənilməsi istiqamətindəbir sıra nöqsanlara yol verilib.

Hesablama Palatasının hesabatına, Dövlət Sosial Müdafiə Fondunun sözügedən şöbələrindən hər hansı münasibət bildirilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG