Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 05:37

Ərzaq 30 faiz bahalaşıb


Supermarket

Bu ilin birinci yarısında Azərbaycanda ərzağın qiyməti əvvəlki illə müqayisədə ortalama 18.1 faiz qalxıb. Devalvasiya ölkənin bəzi bölgələrində əhalinin ərzağa daha çox pul ödəməsinə səbəb olub. Bir çox ekspert benzinin son qiymət artımının ərzağı bir qədər də bahalaşdıracağını proqnozlaşdırır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Bakıda ərzaq məhsulları 20.7 faiz bahalaşıb. Bölgələrdə vəziyyət daha ağırdır. Turizm bölgəsi sayılan Qəbələdə əhali ərzağın alınmasına ötən ilə nisbətən 31.5 faiz, Xaçmazda isə 34 faiz daha çox pul ödəyib. Yüksək qiymət artımı bu rayonlarla məhdudlaşmır. Ağcabədi sakinləri ailə büdcələrindən ərzaq almağa 31, saatlılar 32, imişlililərsə 35.2 faiz daha çox vəsait ayırmağa məcbur qalıblar. Rəsmi məlumatlara görə, devalvasiya Naxçıvana elə də təsir göstərməyib. Burada qeydə alınan qiymət artımı 2.5 faizi ötməyib.

Bu il Azərbaycanda ət məhsulları orta hesabla 26.6 faiz, balıq 12.6 faiz bahalaşıb. Çörəyin qiymətində 11.7, yağın qiymətində 17.5 faizlik artım olub. Meyvə-tərəvəz təxminən 20 faiz, çay və qəhvə 16.5 faiz bahalaşıb. Qənnadı məmulatının qiyməti də elə o civarda artıb.

Ərzaq qiymətlərinin artımı pul gəlirlərini xeyli üstələyib. DSK-nın məlumatına görə, bu ilin beş ayında əhalinin pul gəlirləri 7.3 faiz artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG